Bakıda kinoteatrda maraqlı evlilik təklifi (Video)

16.11.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı kinoteatrlarından birində baş tutan qeyri-adi evlilik təklifi maraq doğurub.

Milli.Az xəbər verir ki, gənc oğlan sevgilisinə unudulmaz anlar yaşatmaq üçün fərqli sürpriz hazırlayıb. O, əvvəlcə kinozalın böyük ekranında sevgilisinə ünvanladığı ürək sözlərini nümayiş etdirərək ona evlilik təklif edib.

Bununla da kifayətlənməyən gənc daha sonra zalda sevgilisinin qarşısına çıxaraq üzüyü təqdim edib.

Romantik anların əks olunduğu görüntülər sosial şəbəkələrdə yayılaraq izləyicilərin diqqətini çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью