Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər | Icma.az
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın müxtəlif rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin kirayə qiymətləri arasında ciddi fərqlər mövcuddur.
Yeniavaz.com ölkənin aparıcı daşınmaz əmlak saytlarında yerləşdirilən elanlara əsasən xəbər verir ki, hazırda kirayəyə verilən ən ucuz 1 otaqlı mənzillərdən biri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın 5-ci mərtəbəsindədir.
Cəmi 40 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 250 manat təşkil edir.
Köhnə tikilidə yerləşən mənzil təmirli və əşyalıdır, yalnız ailəli şəxslərə kirayəyə verilir.
Bakıda kirayə verilən ən bahalı 1 otaqlı mənzil isə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən 7 mərtəbəli binanın 4-cü mərtəbəsindədir.
50 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 7 min manatdır. Yeni tikilidə yerləşən mənzil tam təmirli və əşyalıdır.
2 otaqlı mənzillər arasında da kirayə qiymətlərində fərqlər müşahidə olunur.
Tam oxu
Xəbəri oxu