Icma.az, Moderator.az portalına istinadən məlumat yayır. Yeni tədris ili yaxınlaşdıqca Bakıya tələbə axını sürətlənir.
Paytaxtda artan kirayə ev tələbi, yataqxana çatışmazlığı və müqavilələrin bağlanmaması kimi problemlər yenidən gündəmin əsas mövzularından birinə çevrilib.
Moderator.az-a danışan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, illərdir olduğu kimi, bu məsələ bu günlərdə də aktuallığını qoruyur və həll istiqamətində atılan addımlar hələ də kifayət etmir.
Onun sözlərinə görə, ötən il Təhsil Nazirliyinin müvafiq qurumu tələbələr üçün yeni yataqxanaların tikintisi ilə bağlı layihə müzakirə etmiş, hətta investor axtarışına başlamışdı: “Bu sahə investorlar üçün maraqlı deyil.
Çünki bu istiqamətə yatırılan vəsait qısa müddətdə özünü doğrultmayacaq.
Buna görə də investorların bu sahəyə maraq göstərməsi real görünmür. Eyni zamanda, müqavilələrin bağlanması məsələsi də olduqca vacibdir.
Burada söhbət yalnız tələbələrdən getmir. Ümumiyyətlə, istehlakçıların hüquqlarının qorunması və icarə münasibətlərinin qanuni əsaslarla qur
Hər bir icarə müqaviləsi bağlayan şəxs müqavilədə bütün şərtləri qeyd etməli, qarşı tərəf isə həmin şərtləri qəbul etməlidir.