Bakıda kirayədə yaşayan oğlan qazdan boğulub öldü

15.01.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bakıda gənc oğlan qazdan boğulub.

Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu 2-ci Alatava, M.Xiyabani küçəsində qeydə alınıb.

30 yaşlı Məmmədov Alim İftixar oğlu kirayədə yaşadığı evin hamam-tualet otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью