Bakıda kişi 8 yaşlı qızını 10cu mərtəbədən atmaq istədi

05.12.2024

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ata özünü və azyaşlı qızını eyvandan atmağa cəhd edib.

Axar.az xəbər verir ki, bu barədə Report-un Teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, dekabrın 4-ü saat 13 radələrində əvvəllər qeyri-qanuni maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkum olunan 1991-ci il təvəllüdlü Elnur Əli oğlu Şalıyev yaşadığı evin eyvanından (10-cu mərtəbə) özünü və 2016-cı il təvəllüdlü qızını atmağa cəhd göstərib.

Polis əməkdaşları tərəfindən bu cəhdin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью