Bakıda kişi bank kartına görə arvadını döydü

30.08.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Bakıda arvadını döyən kişi həbs olunub.

Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində baş verib.

31 yaşlı Məhəmməd həyat yoldaşı Pərvinin gizli bank kartı işlətdiyini və həmin karta pul göndərildiyini öyrənib. Bu səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Məhəmməd yataq otağında qadını döyərək ona müxtəlif xəsarətlər yetirib. Onun mətbəxə keçməsindən istifadə edən Pərvin isə yaxınlıqdakı marketə qaçaraq, telefonla DİN-in 102 qaynar-xəttinə zəng edib. Nəticədə Məhəmməd saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi açılıb.

Nərimanov rayon Məhkəməsində hakim  Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə Məhəmməd cəzasını ümumi rejimli həbsxanada çəkməklə, 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью