Bakıda kişi başqası ilə intim söhbət edən arvadını öldürdü Hökm | Icma.az
Icma.az bildirir, Teleqraf.com portalına istinadən. Bakının Sabunçu rayonunda arvadını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Nurəddin Mə
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, Nurəddin Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ittihama görə, bu ilin mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlum olub ki, Nurəddin Məmmədov aprelin 28-də yaşadığı Ramana qəsəbəsi ərazisindəki evində olarkən arvadı Ayşən Məmmədovanın naməlum şəxslə "Whatsapp"la görüntülü danışdığını görüb.
O arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edib.
Bundan hiddətlənən Nurəddin telefonu arvadının əlindən alıb və onun başına vurub.
Tam oxu
Xəbəri oxu