Bakıda kişi borca görə sevgilisini döydü

26.11.2026

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda kişi qeyri-rəsmi münasibətdə olduğu qadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.

54 yaşlı Elman Mehdiyev (şərti adla) gecə saat 22 radələrində yaşadıqları evdə əl ilə sevgilisi Sevincin üz və bədəninin digər nahiyələrinə zərbələr vurub. Nəticədə qadın bir sıra xəsarətlər alıb.

Məlum olub ki, hadisəyə səbəb Sevincin Elmana verdiyi borcu istəməsi olub. Bu səbəbdən sevgililər arasında mübahisə yaranıb və nəticədə məlum hadisə qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs dəymiş ziyanı ödədiyini və zərərçəkənlə barışdığını deyib. Zərərçəkən qadın da həmçinin Elmana qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəməninqərarı ilə cinayət işinə xitam verilib və E. Mehdiyev məsuliyyətdən azad olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью