Bakıda kişi cüdoçular arasında Liqa yarışının II turu keçiriləcək

02.07.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində kişi cüdoçular arasında Liqa yarışının II turu keçiriləcək.

İdman.biz xəbər verir ki, iyulun 4-də startı veriləcək yarışda 41 klub və idman cəmiyyətlərindən olan 222 idmançı 7 çəkidə medallar uğrunda mübarizə aparacaq.

Cari ildə kişilər arasında Liqa yarışının II turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью