Bakıda kişi daş karxanasında hündürlükdən yıxılaraq ölüb

25.06.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda kişi daş karxanasında hündürlükdən yıxılaraq ölüb.

Cəlilabad rayon sakini 1977-ci il təvəllüdlü Əkrəm Mətləb oğlu Əliyev Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin ərazisində işlədiyi daş karxanasında ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью