Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Bakının Xətai rayonunda dava zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsi ərazisində baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Babayev Rəşad İlham oğlu naməlum şəraitdə küt alətlə döyülüb.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.