Bakıda kişi öldürüldü, arvadı saxlanıldı

19.08.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonunun Masazır qəsəbəsində kişi qətlə yetirilib, arvadı saxlanılıb.

Milli.Az xəbər verir ki, hadisə avqustun 19-da saat 12:00 radələrində baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov kəsici-deşici alətlə qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən mərhumun arvadı, 1983-cü il təvəllüdlü A. Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью