Bakıda kişi ölüb

17.10.2025

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda avtomobilin vurduğu 76 yaşlı kişi iki həftə sonra ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə oktyabrın 2-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, Q.Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Mirhətəm Mirməhərrəm oğlu Seyidov idarə etdiyi “Mercedes 208D” markalı avtomobillə piyada, 1949-cu il təvəllüdlü Şirvan İsmayıl oğlu Ağayevi vurub. 76 yaşlı kişi həkimlərin səylərinə baxmayaraq, oktyabrın 16-da yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью