Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Bakının Sabunçu rayonunda 48 yaşlı kişi arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Maqsud birgə yaşadıqları evdə həyat yoldaşı Arzu (adlar şərtidir – red.) ilə mübahisə edib.
Maqsud evlərinin qonaq otağında həyat yoldaşı Arzunun onunla kobud danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla onun üz nahiyəsinə bir neçə dəfə zərbə vurub. Ona burun və hər iki gözyuvasıaltı nahiyənin qançırı ilə müşayiət olunan xəsarətlər yetirib.
Faktla bağlı Maqsudun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını söyləyib. Zərərçəkmiş şəxs də bu halı məhkəmədə təsdiqləyib. O, ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Maqsud birgə yaşadıqları evdə həyat yoldaşı Arzu (adlar şərtidir – red.) ilə mübahisə edib.