Bakıda kişi otaq yoldaşını bıçaqladı

30.06.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bərdə rayon sakini Elvin Cahid oğlu Behbudov Bakıda kirayə qaldığı mənzildə birlikdə yaşadığı həmyerlisi, 1984-cü il təvəllüdlü Mətləb Murğuz oğlu Bayramovu bıçaqlayıb.

M.Bayramov aldığı xəsarətlər səbəbindən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

İlkin əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən Elvin Behbudov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью