Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda kişi faciəvi şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu, H.B.Zərdabi prospektində qeydə alınıb.
67 yaşlı Ceyhun Kamal oğlu Ağamaliyev binanın dəhlizində halı pisləşərək, pilləkənlərdən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.