Bakıda kişi qadını restoranın tualetində döydü

24.01.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Bakıda kişi restoranın tualetində qadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Səbail rayonu, Salyan yolunda yerləşən “Era” restoranının sanitar qovşağında qeydə alınıb.

Tanıdığı oğlanla həmin restoranda yeyib-içən Tünzalə (şərti adla) gecə saat 12-yə qalmış sanitar qovşağına gedib. Bu zaman tanışı olan həmin şəxs, 31 yaşlı Cavad Məlikli (ad və soyad şərtidir) də onun arxasınca sanitar qovşağa gedib. Cavadın sözlərinə görə, tualetin yanına çatanda Tünzalənin qapını açıb çıxdığını görüb, və qadın onunla birgə tualetə girmək istəyib. Lakin Cavad buna etiraz edərək, “məni orada cinsi əlaqədə olmağa çağırırsan?” deyib. Tünzalə isə bu suala əsəbiləşərək, ağır cavab verib. Nəticədə Cavad tualetdə Tünzalənin gözünə yumruqla zərbə vuraraq, xəsarət yetirib.

Qadının sözlərinə görə isə, Cavad zorla qapını açaraq, onunla birgə tualetə girmək istəyib. Etiraz edəndə isə onu döyərək, xəsarət yetirib.

Bu əməlinə görə, Cavad Məlikli saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi açılıb. O. məhkəmədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində onun da amnistiyaya düşməsini xahiş edib.

Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və Cavad Məlikli məsuliyyətdən azad olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью