Bakıda kişi və qadınlar arasında idman gimnastikası üzrə ölkə çempionatı keçiriləcək Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

23.11.2024

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Gimnastika Arenasında kişilər arasında 29-cu, qadınlar arasında isə 8-ci idman gimnastikası üzrə ölkə çempionatı keçiriləcək.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, yarışlarda balacalar (2015-2016), kiçiklər (2017-ci il), uşaqlar (2013-2014), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.

İdmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma, halqalar, paralel qollar, turnik üzrə proqramlarda öz məharətlərini göstərəcəklər.

Qeyd edək ki, ölkə çempionatları noyabrın 25-dən 26-dək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью