Icma.az, Ayna saytına istinadən bildirir.
Tədbir "Panorama" attraksionunun qarşısında klassik avtomobillərin nümayişi ilə başlayacaq
30 avqustda Azərbaycan Avtomobil Federasiyası (AAF) klassik avtomobil sərgisi və rallisi keçirəcək. AYNA.AZ xəbər verir ki, tədbir Dənizkənarı Milli Parkda "Panorama" attraksionunun qarşısında klassik avtomobillərin nümayişi ilə başlayacaq.
Tədbir üçün AAF-da qeydiyyatdan keçmiş avtomobillər, eləcə də Federasiyanın Heydər Əliyev Mərkəzindəki daimi klassik avtomobil sərgisindən bəzi avtomobillər nümayiş olunacaq.
Müxtəlif dövrlərə aid avtomobillər avtomobil sənayesinin inkişaf mərhələlərini əks etdirəcək və vizual nostalji atmosferi yaradacaq.
Daha sonra klassik avtomobillər şəhərin mərkəzi küçələrini əhatə edən marşrut üzrə hərəkət edəcək: Azneft meydanı - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti - Aeroport yolu - Zaqulba – “Sea Breeze”.
Ralli iştirakçılarının klassik avtomobil sərgisi “Sea Breeze Marina Bay”də keçiriləcək. Əyləncə proqramının sonunda qalib avtomobillərin sahibləri müxtəlif kateqoriyalar üzrə mükafatlandırılacaqlar.