Bakıda köhnə tikilidə baş verən yanğın məhdudlaşdırılıb

18.08.2026

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Bakıda köhnə tikilidə baş verən yanğın məhdudlaşdırılıb.

SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən "Nəsimi" metrostansiyasının yaxınlığında yerləşən köhnə poliklinika binası olan və hazırda istifadəsiz tikilidə baş verən yanğın məhdudlaşdırılıb, yanğının ətraf tikililərə keçməyinin qarşısı alınıb.

Hazırda soyutma işləri aparılır, yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью