Bakıda konfrans: Tarixi dini abidələrin qorunması: çağırışlar və perspektivlər

17.09.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilir.

"Cebhenfo.az" xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də Mədəniyyət Nazirliyinin əməkdaşları, həmçinin din xadimləri və digər rəsmi şəxslər iştirak edirlər.

İki paneldən ibarət olan konfransda İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və digər rəsmi şəxslər çıxış edəcəklər.

"Cebhenfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью