Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu və Azərbaycandakı Çinli Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə Heydər Əliyev adına İdman və Konsert Kompleksində dördüncü dostluq turniri olan Konfutsi İnstitutu Kuboku keçirilib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ADU-dan məlumat verilib.
Bildirilib ki, turnirdə təxminən 100 çinli tələbə, Azərbaycandakı Çin şirkətlərinin əməkdaşları, Konfutsi İnstitutunun müəllim və tələbələri iştirak ediblər.
Yarış kişilər və qadınlar arasında iki mərhələdə - pley-off sistemi və dairəvi sistemdə ən yaxşı beşlik formatında keçirilən tək yarışları əhatə edib.
Gərgin mübarizədə Konfutsi İnstitutunun professoru Fan Çjonde kişilərin tək yarışında qalib gəlib, Tahir Kərimov ikinci yeri tutub.
Qadınların tək yarışında isə Konfutsi İnstitutunun professorları Lu Li və Çenq Ciajia ikinci yerə layiq görülüblər.
Mükafatlandırma mərasimində Çinin Azərbaycandakı səfirliyinin müşaviri Dinq Tao qeyd edib ki, dörd il ardıcıl olaraq keçirilən Konfutsi İnstitutu Kuboku stolüstü tennis turniri Çin-Azərbaycan mədəni mübadiləsi çərçivəsində uğurlu brend layihəyə çevrilərək, iki ölkə və xalq arasında idman vasitəsilə dostluğu dərinləşdirir.