Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda azyaşlı bacı-qardaş dəm qazından zəhərlənərək ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən Xətai rayonunda qeydə alınıb.
2024-cü il təvəllüdlü Fərxan Fərman oğlu Səfərov və əkiz bacısı Kübraxanım yaşadıqları evdə dəm qazından boğulublar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.