Bakıda körpü təhlükə yaradır: AAYDAdan açıqlama VİDEO

07.01.2025

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Babək prospektindəki körpüdə daşların qopub yerə tökülməsi haqda məlumatlıyıq.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Babək prospektindəki körpünün təhlükə yaratması ilə bağlı yayılan videonu şərh edərkən deyib.

“Babək prospektində yerləşən yol ötürücülərinin birində bəzək üçün vurulmuş üzlük daşların kiçik bir hissəsi qoparaq yol kənarına düşüb. Qısa zaman ərzində həmin daşlar yol kənarından təmizlənərək kənarlaşdırılıb.

Yol ötürücüsündə olan digər üzlük daşlar AYDA-nın mütəxəssiləri tərəfindən yoxlanılıb, qopma ehtimalı və hər hansı təhlükə yoxdur”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью