Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

24.04.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 aprel, AZƏRTAC

Bakıda Kosmik Texnologiyalar Konfransı – “Space Technology Conference” (STC2025) keçirilir.

AZƏRTAC xəbər verir ki, bu mötəbər tədbir Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un təşkilatçılığı ilə keçirilir.

Konfransda “Dayanıqlı regional inkişaf üçün Yerin məsafədən müşahidəsi”, “Mərkəzi Avrasiyada peyk rabitəsinin rolu”, “Kosmik sənayedə innovasiya və investisiyalar”, “Kiçikölçülü peyklər”, “Dayanıqlı inkişaf üçün beynəlxalq kosmik fəaliyyətlərin koordinasiyası”, “Regional çağırışlar üçün peyk texnologiyalarının rolu” kimi aktual mövzulara toxunulacaq.

İki günlük tədbir 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçının bir araya gətirib. Konfransa Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrikadan ümayəndələr qatılıb.

Xatırladaq ki, ötən gün Bakıda Türk Dövlətləri Təşkilatının üzvləri – Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və müşahidəçi üzvləri – Macarıstan və Türkmənistanın kosmik agentlik rəhbərlərinin 4-cü toplantısı keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью