Bakıda küçədə alimin adı səhv yazılıb FOTO

20.11.2025

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının mərkəzində alim Əliövsət Quliyevin adını daşıyan küçədə onun adı səhv yazılıb.

Metbuat.az-ın məlumatına görə, sosial mediada yayılan görüntülərdə küçə lövhəsində “Əliövsət” əvəzinə, “Əlövsət” deyə yazılıb.

Hətta "Google Xəritə"də də həmin küçənin adı "Əlövsət" kimi görünür.

Qeyd edək ki, Əliövsət Quliyev tarix elmləri doktoru, professor və Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü olub.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью