Bakıda küçədə halı pisləşən qadın ölüb

25.12.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Yasamal rayonunda 56 yaşlı qadın küçədə hərəkət edərkən yıxılıb və az sonra ölüb.

Hadisə ötən gün axşam saatlarında rayonun Mirzəağa Əliyev küçəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, qadın yolla gedərkən özünü pis hiss edib və dünyasının dəyişib.

"Divardan tuta-tuta gedirdi, fikirləşdim ki, bəlkə içkilidir. Qəfil yerə yıxıldı. Ətrafdakı insanlarla birlikdə onu qaldırıb yolun kənarında otuzdurduq və təcili tibbi yardım çağırdıq. Tələsdiyim üçün oradan ayrıldım, geri qayıdanda qadının öldüyünü gördüm", - deyə hadisənin şahidi bildirib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Bakıda küçədə halı pisləşən qadın ölüb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью