Bakıda küçədən İsmayıllı rayon sakininin meyiti tapıldı

26.01.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Bakıda küçədən meyit tapılıb.

Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu, M.Əzizbəyov küçəsində qeydə alınıb.

İsmayıllı rayon sakini 42 yaşlı Kamran Şərifovun meyitini adı çəkilən küçədə yoldan keçənlər tapıb.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Mərhumun nədən öldüyü bilinmir. K. Şərifovun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью