Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Öncəki buraxılışların birində Azadlıq prospektindən Nəcəf Nərimanov küçəsi istiqamətində hərəkət zamanı sürücülərin üzləşdiyi problem diqqətə çatdırılmışdı. Bildirilmişdi ki, həmin ərazidə avtomobillərin avtobus zolağına daxil olmasına icazə verilməməsi sürücülər üçün əlavə çətinlik yaradır.
Məsələ ilə bağlı səsləndirilən irad və təkliflər aidiyyəti qurum tərəfindən nəzərə alınıb. Belə ki, sürücülərin həmin istiqamətdə rahat dönüş etməsi üçün kəsişməyə yaxın 1.11 nişanlanma xətti çəkilib.
Qeyd edilib ki, hazırda bəzi sürücülər əvvəlki xətlənməyə uyğun hərəkət etsələr də, edilən dəyişiklik ərazidə hərəkətin daha təhlükəsiz təşkilinə və manevrlərin daha rahat həyata keçirilməsinə şərait yaradır.