Bakıda küçələrin birində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILIR

21.07.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İyunun 22-dən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev prospektindən "8-ci km" bazarınadək) təmir işlərinə başlanılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işləri müddətində işlərin gedişinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.

Sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və mümkün olduqda alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Təmir işləri

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью