Bakıda külək 16 ağacı aşırdı

03.06.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Dünən axşam saatlarından Bakıda başlayan güclü küləklə bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən "Unikal"a bildirilib ki, güclü külək nəticəsində ağacaşma halları ilə bağlı 50 ünvandan müraciət daxil olub.

Müraciətlərin 16-sı ağacların kökündən aşması, digərləri isə iri budaqların qırılması ilə əlaqədar olub.

Birlik əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib, fəsadlar aradan qaldırılıb.

Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью