Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən yıxılma səbəbilə çağırış qeydə alınıb.
Lent.az-ın sorğusuna Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.