Bakıda külək güclənəcək XƏBƏRDARLIQ

19.08.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya veriləb məlumata görə, avqustun 20-21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Cəbrayıl, Naftalan, Füzuli, Qazax, Gəncə, Ağstafa, Şəmkir, Samux, Tovuz, Daşkəsən, Gədəbəy, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Göy-göl, Beyləqan, Şirvan, Salyan, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью