Bakıda külək güclənib, bəzi rayonlarda yağış yağır

01.10.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 1-i saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu barədə Missiya.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Şəki, Oğuz, İsmayıllı, Xızı, Quba, Qusar, Şabran, Yevlax, Lerikdə arabir yağış yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Goranboyda 19, Culfa, Naftalanda 18, Şirvanda 15 m/s-yə çatır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью