Bakıda külək, rayonlarda yağış BU GÜNÜN HAVASI

17.04.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bu gün Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. 

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Verilən məlumata əsasən, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək

Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью