Bakıda küləyin fəsadı: Xəsarət alsalar da, xəstəxanaya getmədilər

08.09.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünəndən etibarən paytaxtda güclü külək müşahidə olunur. Külək şəhərin müxtəlif ərazilərində bir sıra fəsadlara səbəb olub. 

Küləkli hava nəticəsində neçə nəfər xəsarət alıb?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən “Cebheinfo.az”-a bildirilib ki,bütün çağırışlar üzrə təcili tibbi yardım briqadaları hadisə yerlərinə cəlb olunub:

"Əlverişsiz hava şəraiti ilə əlaqədar 07.09.2026-cı il tarixində saat 15:50 radələrindən etibarən Bakı şəhəri, Nəsimi və Yasamal rayonlarından, habelə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən ümumilikdə 3 nəfərin (2 qadın, 1 kişi) xəsarət alması səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırışlar daxil olub. Daxil olan bütün çağırışlar üzrə təcili tibbi yardım briqadaları hadisə yerlərinə cəlb olunub.

İlkin tibbi xidmət göstərilən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

2 nəfərə isə yerində tibbi xidmət göstərilib. Onlar ixtisaslı tibb müəssisəsinə hospitalizasiya edilməkdən imtina ediblər".

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью