Bakıda küləyin sürəti 28 m/s dək güclənib FAKTİKİ HAVA

27.07.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Azərbaycanın bəzi yerlərində şimal-qərb küləyi əsir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью