Bakıda küləyin sürəti saniyədə 25 metrə çatıb FAKTİKİ HAVA

18.12.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti haqqında məlumat açıqlanıb.

Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 18-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib. Bəzi yerlərdə güclü qərb küləyi əsib.

Narıncı xəbərdarlığa uyğun olaraq, küləyin sürəti Bakıda və Abşeron yarımadasında və Şəkidə 25 m/s, Naftalanda 24 m/s, Ağsuda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Ağdam, Şahdağ, Kəlbəcər, Bərdədə 20 m/s, Şabran, Mingəçevir, Tərtər, Daşkəsən, Altıağac, Qəbələdə 18 m/s, Yardımlıda 17 m/s, Zəngilanda 15 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-də 7, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью