Bakıda külli miqdarda narkotik tapıldı VİDEO

06.03.2025

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhər Xəzər rayonunda külli miqdarda narkotik aşkar edilib.
Bizim.Media xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının DİN əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ablasanov Seyran Tehran oğluna məxsus ümumi çəkisi 21 kiloqram 550 qram olan qurudulmuş marixuana Zirə qəsəbəsi ərazisində bağlar massivindəki yarımtikilidə aşkar edilib.
Narkotik tapıldığı yerdən götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью