Bakıda kuryer motosikleti KamAZ a çırpıb öldü

09.07.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə gecə saatlarında Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində qeydə alınıb.

29 yaşlı Mirzəfəddin Süleymanovun idarə etdiyi “Yamaha” markalı motosiklet yol kənarında dayanmış “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə motosikletçi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mirzəfəddin Süleymanov kuryerlik edirmiş.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью