Bakıda kuryerlər Wolt u boykot edir

07.07.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bakıda Wolt kuryerləri şirkəti boykot edirlər.

Lent.az xəbər verir ki, bu barədə kuryerlər sosial şəbəkədə məlumat yayıblar.

Onların sözlərinə görə, iyulun 8-dən, yəni sabahdan kuryerlər xidmət göstərməyəcəklər. Buna səbəb isə çatdırılma haqqı ilə əlaqədardır. Kuryerlər bildirir ki, Wolt müştəridən aldığı çatdırılma pulunun cüzi bir hissəsini, yalnız 1.10 manatı işçilərə verirlər.

Motokuryerlərin sözlərinə görə, bu məbləğ qət etdikləri uzun məsafələr baxımdan sərf etmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью