Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gün gecə saatlarında paytaxta kütləvi dava baş verib.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Moderator.az-a bildirilib ki, iyunun 5-də Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub:
"Müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.
Araşdırmalar davam etdirilir".