Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakıda gecə saatlarında baş vermiş davada daha bir nəfər bıçaqlanıb.
Gecə saatlarında 2006-cı il təvəllüdlü Məhəmməd Lələxanov da bıçaq xəsarətləri alıb.
Araşdırmalarla məlum olub ki, M.Lələxanov da paytaxtın Nizami rayonu ərazisində bıçaq xəsarətləri alıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
***
Bakıda 20 yaşlı gənci bıçaqlayan şəxslər ələ keçiblər.
Hadisə bu gün gecə saat 2 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov bıçaqlanıb.
Polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən T.İbrahimov və A.Qasımov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb.
Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanaya hospitalizasiya edilib.
Faktla bağlı araşdırma aparılır.