Bakıda “Lamborcini” ilə taksi fəaliyyəti… Açıqlama

08.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yayılan görüntülərə görə, Bakıda turistin sifariş verdiyi ünvana adi taksi əvəzinə, lüks avtomobil - "Lamborcini" gəlib.

Məsələ ilə bağlı “Bolt” şirkətinin PR meneceri Nigar Kazımova Axar.az-a açıqlamasında bildirib ki, sözügedən video bir müddət əvvəl çəkilib.

“Həmin videodakı “Lamborcini” reklam olaraq istifadə olunmuşdu. Kimsə o vaxt çəkib, indi yayımlayıb.

Hazırda bizdə o dərəcədə lüks avtomobil kateqoriyası yoxdur”, - o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью