Bakıda leysan yağacaq

04.12.2024

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Dekabrın 6-dan 7-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir”.

Bu barədə Gununsesi.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın rayonlarında dekabrın 6-dan 8-i gündüzədək bəzi şərq rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların (Mərkəzi Aran, Lənkəran-Astara, Quba-Qusar) leysan xarakterli olacağı ehtimalı var.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью