Bakıda Libbi ilə görüşmək istədi, həbs edildi

24.01.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Səlahiyyət müddəti başa çatmış ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ilə görümək istəyən şəxs həbs edilib. 

Modern.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1980-cı il təvəllüdlü Lənkəran rayon sakini K.H. icazəsi olmadan ABŞ-nin Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd edib. 

Polis əməkdaşları K.H.-ya yaxınlaşıb və ondan səfirliyin ərazisindən çıxmağı tələb ediblər. Lakin K.H. buna əməl etməyib və bu addımı saxlanılmasına səbəb olub. 

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

K.H. məhkəmədə ifadəsində bildirib ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd etməsinin səbəbi Amerikaya getmək istəyi olub: “Səfirə mənə Amerikaya getməyə kömək etməyimi istəyəcəkdim”. 

Məhkəmənin qərarı ilə, K.H 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью