Bakıda Lionel Messi və komanda yoldaşlarına həsr olunan tədbir başlayıb AZƏRTAC

11.12.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 11 dekabr, AZƏRTAC

Futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suarez, Serxio Buskets və Xordi Alba üçün təşkil olunan tədbir başlayıb.

AZƏRTAC xəbər verir ki,Bakı Kristal Zalında keçirilən tədbirdə əvvəlcə “Natiq” ritm qrupunun çıxışı olub. Daha sonra dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam konsert proqramını təqdim edib. Ardınca Lionel Messinin futbol karyerasını əks etdirən film nümayiş olunub .

Qeyd edək ki, tədbirdə bilet satışından əldə olunan vəsait isə xeyriyyə məqsədinə yönəldiləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью