Bakıda lisenziyasız fəaliyyət göstərən kosmetoloji mərkəz cərimələndi

02.02.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"LifeMed Center" kosmetoloji mərkəzində Səhiyyə Nazirliyi tərəfindən yoxlama aparılıb.

"Cebheinfo.az" Yurd.media-ya istinadən xəbər verir ki, Bakıda yerləşən "LifeMed Center" adlı kosmetoloji mərkəzdə 2025-ci ilin avqust-noyabr aylarında lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloq) göstərdiyi müəyyən edilib.

Mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta törədilməsi müəyyən edilib və Səhiyyə Nazirliyi tərəfindən 5 000 manat cərimə olunub.

Bu qərardan Nizami Rayon Məhkəməsinə şikayət edilib və Səhiyyə Nazirliyinin qərarının ləğv edilməsi istənilib.

Məhkəmə şikayəti təmin etməyib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью