Bakıda lüks avtomobil QƏZA TÖRƏTDİ

27.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bakının Binəqədi rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, "Land Rover" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini işıqforun qırmızı işığında dayanan "Hyundai" markalı avtomobilə çırpıb.

Qəza nəticəsində "Hyundai" və "Land Rover" markalı avtomobillərdə olan sərnişinlər müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью