Bakıda lüks avtomobil yanaraq külə döndü

10.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda "Audi" markalı avtomobil yanıb.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Suraxanı rayonu, Aeroport şosesi, Bakı Olimpiya stadionunun yaxınlığında avtomobil yanıb.

Bu səbəbdən də Hava limanı istiqamətində nəqliyyat sıxlığı yaranıb. Qısa müddət ərzində görülən tədbirlər nəticəsində hazırda nəqliyyat vasitələrinin hərəkətində heç bir problem yoxdur.

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью